Axar.az xəbər verir ki, bunu Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin sədri Sədat Laçınər deyib.
O bildirib ki, Qərb Türkiyəni Suriyaya əsgər göndərməyə razı salacaq:
“Qurudan hərbi əməliyyatlar aparılması çox baha başa gələcək. İraq müharibəsində bunun şahidi olmuşuq. Qarşı tərəfdə hansı terror təşkilatının olmasından asılı olmayaraq, quru əməliyyatlarının aparılması çox çətindir. Nə ABŞ, nə də Avropa İttifaqı bunu nəzərə alır. Əgər sözügedən əməliyyatlar başlayacaqsa, burada Rusiyanın da olması mühümdür”x9d.


































































































