Suriyada iki iranlı komandiri öldürdülər

Hazırda oxunan: Suriyada iki iranlı komandiri öldürdülər

100645
Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki komandiri Farşad Qasunizadə və Həmid Moxtarbans öldürülüb.

Oxu.Az İran KİV-ə istinadən xəbər verir ki, Saberin SEPAH-ın keçmiş komandiri polkovnik Qasunizadə əməliyyat yerinə yetirərkən - İŞİD terror qruplaşmasına qarşı döyüşən Suriya qoşunlarına məsləhət xidmətlərinin təmin edilməsini həyata keçirərkən öldürülüb.

Bundan əvvəl, İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksəkrütbəli zabitlərindən biri general-leytenant Hüseyn Həmədani də Suriyada öldürülmüşdür.

H.Həmədaninin oktyabrın 8-də Hələb şəhəri ətrafında məsləhət tapşırığını yerinə yetirərkən İŞİD terrorçuları tərəfindən qətlə yetirildiyi bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin