Səhiyyə Nazirliyi “resept qadağası”x9dna aydınlıq gətirdi

Hazırda oxunan: Səhiyyə Nazirliyi “resept qadağası”x9dna aydınlıq gətirdi

90620

Bugünlərdə redaksiyamıza daxil olan məlumata görə, respublikadakı bütün xəstəxanalara dərman preparatlarının yeni qiymətləndirilməsi sistemi ilə əlaqədar olaraq xəstələrə resept olaraq müəyyən firma mallarının yazılması qadağan edilib.  Məlumata görə, qadağanı pozan şəxslərin ciddi şəkildə cəzalandırılacağı bildirilib.

Moderator.az xəbər verir ki, məlum informasiyanı dəqiqləşdirmək məqsədi ilə “Hürriyyət”x9d qəzeti Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Mətbuat xidmətindən bildiriblər ki, həkimlərə resept yazılması ilə bağlı hər hansı qadağa qoyulmayıb və belə bir qadağanın qoyulması mümkün də deyil:

“Həkimlərə resept yazmağı necə qadağan eləmək olar? Həkim xəstəni müalicə etmək üçün ona resept yazmalıdır. Bunun bağlı həkimlərə hər hansı qadağa qoyulmayıb və qoyulması mümkün də deyil”x9d.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə sistemindəki yeniliklərlə bağlı vətəndaşlara nazirliyin rəsmi saytında lazımi məlumatlar verilir və insanlar bu yolla gərəkli məlumatları əldə edə bilərlər.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin