Bu ilki Ramazan ayında Tovuzda gənclər arasında “Mənəvi irsimizi doğru öyrənək (və təbliğ edək)”x9d silsiləsindən növbəti tədbir Yunus Əmrə adının işığında keçirilib. Millət vəkili dos.dr. Qənirə Paşayeva böyük fikir ustadı, sözü bugün də yaşarı olan, sabah da yaşarı olacaq 775 yaşlı Yunus Əmrənin həyat və yaradıcılıq yolundan danışaraq, onu dünya fəlsəfi-ruhani fikir xəzinəsinə böyük töhfələr vermiş ustad kimi xarakterizə edib. “Anadoluda türkcə şeirin öncüsü olan mütəsəvvüf və filosof, xalq şairi, türk-islam düşünürü Yunus Əmrə Anadolulu qardaş-bacılarımız kimi biz Azərbaycanlılar üçün də əzizdir. Hətta onun qəbrinin Türkiyənin Əskişəhər vilayətində deyil, bizim Qax rayonunda olduğu mötəbər elmi ehtimallar arasındadır. Onu da xatırladım ki, yalnız bir türk, islam fikir adamı olmaq etibarı ilə deyil, bəşəri duyğu və düşüncələrini ölməz əsərlərə dönüşdümüş mütəfəkkir kimi, 1991-ci ildə YUNESCO tərəfindən bütün dünyada, Yunus Əmrənin doğumunun 750-ci ildönümü münasibəti ilə “Yunus Əmrə ili”x9d elan edilmişdir. Millət vəkili Qənirə Paşayeva başçılıq etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəstəyi ilə Azərbaycan dilində nəşr edilən, Türkiyənin dövlət mükafatı laureatı, ünlü yazar İsgəndər Palanın Yunus Əmrə ömrünə həsr olunmuş “Od”x9d romanını tədbirdə iştirak edən gənclərə hədiyyə edib və onları ümumən kitaba, oxuya səsləyib. Millət vəkili “Od”x9d və başqa kitabları rayonda bir çox məktəblərə, kitabxanalara da hədiyyə edib. Görüşdən məmnun qalan gənclər, öz fikir və mülahizələrini millət vəkili ilə paylaşıb, maraqlı suallarla çıxış ediblər.

- A-
- A
- A+
Cəmiyyət
16:06 / 09.07.2015
Yunus Əmrə ilə bağlı gənclərlə tədbir keçirilib- FOTO
Hazırda oxunan: Yunus Əmrə ilə bağlı gənclərlə tədbir keçirilib- FOTO
Hazırda oxunan: Yunus Əmrə ilə bağlı gənclərlə tədbir keçirilib- FOTO
85104
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































