Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Foto/Video

Hazırda oxunan: Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Foto/Video

646323

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına və birinci xanıma Soltanlı kəndində görülən işlər barədə məlumat verdi.
 

Soltanlı kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. İşğal dövrünədək əhali əsasən pambıqçılıq, taxılçılıq, baramaçılıq, üzümçülük və heyvandarlıqla məşğul olub. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 19-da kəndi işğaldan azad edib.


Ümumi sahəsi 108,5 hektar olan Soltanlı kəndində 420 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi - su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub.

Kənddaxili yollara asfalt döşənib. Layihə üzrə Soltanlı kəndində ikimərtəbəli inzibati bina, uşaq bağçası, həkim-tibb məntəqəsi, həmçinin çoxfunksiyalı bina tikilib.

Kənddə aptek, market, dərzi, gözəllik salonu və digər xidmət mərkəzləri üçün nəzərdə tutulmuş bir və ikimərtəbəli hissələrdən ibarət olmaqla çoxfunksiyalı bina inşa edilib.

Kənddə inşa olunmuş 140 yerlik körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Bağçada metodika, kompüter, oyun, musiqi otaqları, yeməkxana uşaqların ixtiyarına veriləcək.
  


Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Foto/Video - foto 1
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Foto/Video - foto 2
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Foto/Video - foto 3
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Foto/Video - foto 4
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Foto/Video - foto 5
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Foto/Video - foto 6
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Foto/Video - foto 7
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Foto/Video - foto 8
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Foto/Video - foto 9
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Foto/Video - foto 10

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin