Zeynəb Zamanova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Hazırda oxunan: Zeynəb Zamanova yüksək vəzifəyə TƏYİN EDİLDİ

637511

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində kadr təyinatı olub.

Bizim.Media İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Agentlik sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Zeynəb Zamanova İnsan resursları departamentinin İşə qəbul və planlama şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, Z.Zamanova 2022-ci ildə Agentliyin komandasına qoşulub. O, həmin tarixdən yeni təyinatadək şöbədə aparıcı, böyük və baş məsləhətçi vəzifələrində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin