Nərgiz Rüstəmovaya yüksək vəzifə verildi

Hazırda oxunan: Nərgiz Rüstəmovaya yüksək vəzifə verildi

637522

Azərbaycan Üzgüçülük Federasiyasına Baş Əməliyyat direktoru təyin edilib.

Bizim.Media xəbər verir ki, Nərgiz Rüstəmova Azərbaycan Üzgüçülük Federasiyasının Baş Əməliyyat direktoru (Chief Operations Officer) vəzifəsinə təyin edilib.

O, eyni zamanda Azərbaycanda ilk dəfə keçiriləcək "World Aquatics Swimming World Cup - Silk Road Baku 2026" üzrə Yerli Təşkilat Komitəsinin müşaviri (LOC Advisor) kimi fəaliyyət göstərəcək.
 

Nərgiz Rüstəmova insan resurslarının idarə edilməsi, inzibati fəaliyyət, protokol və yerli, eləcə də beynəlxalq səviyyəli tədbirlərin təşkili sahələrində uzunmüddətli peşəkar təcrübəyə malikdir.


"World Aquatics Swimming World Cup-Silk Road Baku 2026"nın Azərbaycanda ilk dəfə keçirilməsi ölkənin idman həyatında mühüm hadisə olmaqla yanaşı, su idman növlərinin inkişafı və Azərbaycanın beynəlxalq idman tədbirlərinin təşkilində malik olduğu imkanların nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin