99-RU-777 nömrəli “Range Rover” müsadirə olunub, yarı qiymətə satışa çıxarılıb –Alan yoxdur

Hazırda oxunan: 99-RU-777 nömrəli “Range Rover” müsadirə olunub, yarı qiymətə satışa çıxarılıb –Alan yoxdur

637505

İcra məmurlarının sifarişi əsasında hərraca çıxarılan 99-RU-777 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobili alan yoxdur.

Bizim.Media xəbər verir ki, avtomobil ilk dəfə sentyabr ayının 7-də 17 min 850 manata hərraca çıxarılsa da, satılmayıb.

4200 kub sm mühərrik həcminə sahib olan 2008-ci il istehsalı “Range Rover” 13 min 650 manata yenidən hərraca çıxarılıb.

Qeyd edək ki, hazırda Yol Polisinin 11 saylı cərimə meydançasında saxlanılan avtomobilin dövlət qeydiyyat nişanı (99-RU-777) daha əvvəl 6 min manata satışa çıxarılıb.

Onu da qeyd edək ki, hazırda müxtəlif elan saytları vasitəsilə satışa çıxarılan 2008-ci il istehsalı “Range Rover”in minimal satış qiyməti 22-23 min manat təşkil edir. (Yeniavaz.com)




 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin