Tramp Rusiyaya qarşı sanksiya qanununu imzaladı

Hazırda oxunan: Tramp Rusiyaya qarşı sanksiya qanununu imzaladı

637523

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" nəzərdə tutan qanun layihəsini imzalayıb.

Bizim.Media xəbər verir ki, sənəd ABŞ prezidentinə Rusiya enerji məhsullarının əsas alıcılarına 100 faizə qədər tariflər tətbiq etmək, eləcə də Rusiyadan idxala 500 faizə qədər rüsum tətbiq etmək səlahiyyəti verir.

Sənəd həmçinin İranın ticarət tərəfdaşlarına da rüsum tətbiqinə şərait yaradır.
 

Qanunun qəbulu sanksiyaların məcburi tətbiqinə zəmanət vermir: prezident yenə də qərarı üçün yazılı əsaslandırma təqdim etməklə onlardan imtina edə bilər. Üstəlik, bunun üçün Konqresin təsdiqinə ehtiyacı yoxdur.


Başqa sözlə, Tramp sanksiyaların tətbiq edilib-edilməməsinə faktiki olaraq özü qərar verə biləcək. Yalnız imtina edəcəyi təqdirdə qərarının səbəbini Konqresə izah etməli olacaq.

Sənədi imzaladıqdan sonra Trampın indi sanksiyalar tətbiq etmək və ya güzəşt almaq üçün 30 günü var. Bu müddət təxminən oktyabrın 18-dəkdir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin