Bakıda aparılan yol-təmir işləri ilə əlaqədar bir sıra avtobus marşrutlarının hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “BakuBus” MMC-dən məlumat verilib.
Bildirilib ki, Koroğlu parkının ətrafında aparılan təmir işləri səbəbindən 3, 17, 20, 33 və 88 nömrəli marşrut xətləri Ənvər Qasımzadə küçəsindən sola – Mirəli Qaşqay küçəsinə dönərək, daha sonra mövcud hərəkət sxemləri üzrə fəaliyyətlərini davam etdirirlər.
Bundan başqa, 20 nömrəli marşrut xəttinin hərəkət etdiyi Səməd Cəfərov küçəsində, Fatimeyi-Zəhra məscidinin qarşısında da yol-təmir işləri aparılır. Bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti Surxay Nəcəfov küçəsi ilə təşkil edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:43 / 19.09.2026
Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
Hazırda oxunan: Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
Hazırda oxunan: Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
637530
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































