Oğurlanan pişiyin axtarışına yüzlərlə adam qoşuldu - 500 dollar qarşılığında...

Hazırda oxunan: Oğurlanan pişiyin axtarışına yüzlərlə adam qoşuldu - 500 dollar qarşılığında...

637510

ABŞ-ın Nyu-York şəhərində marketin qarşısından oğurlanan 3 aylıq Jabal adlı pişik beş gün sonra sahibinə qaytarılıb.
 
Bizim.Media “The Guardian”a istinadən xəbər verir ki, hadisə Bruklinin Park Slope ərazisində baş verib.

Marketin sahibi müşahidə kameralarına baxarkən bir kişi və qadının marketin qarşısından keçərək Jabalı götürdüyünü görüb. Cütlüyə pişiyin marketə aid olduğu deyilsə də, onlar heyvanı çantaya qoyaraq ərazidən uzaqlaşıblar.
 

Bundan sonra sahibi Jabalın sağ-salamat qaytarılması üçün 500 dollar mükafat elan edib. Məhəllə sakinləri küçələrdə pişiyi axtarıb, Reddit istifadəçiləri isə hadisə ilə bağlı paylaşımlar edərək axtarışa dəstək veriblər. Pişiyi aparan şəxslərin fotosunun yayımlandığı paylaşım təxminən 1000 səs və 240-dan çox şərh toplayıb.


 Axtarış kampaniyası nəticə verib. Jabalın Bruklinin Buşvik ərazisində olduğu müəyyənləşib və pişik polis bölməsinə gətirilib. Daha sonra polis onu sahibinə qaytarıb. Hadisə ilə bağlı 58 yaşlı Meri Sierra oğurluq ittihamı ilə saxlanılıb. Sierra isə pişiyi oğurlamadığını və heyvansevər olduğunu bildirib.

Qeyd edək ki, Nyu-Yorkdakı kiçik marketlərdə yaşayan pişiklər şəhər mədəniyyətinin bir hissəsinə çevrilib. Onlar həm gəmiricilərə qarşı mübarizədə, həm də mağazaların simvolu kimi xidmət edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin