Əl ilə yazmaq yaddaşı gücləndirir

Hazırda oxunan: Əl ilə yazmaq yaddaşı gücləndirir

637548

Telefon və kompüterdən istifadə həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, qeydləri qələm və kağızla yazmağın beyin üçün mühüm faydaları olduğu bildirilir.

Bizim.Media xəbər verir ki, mütəxəssislərə görə, əl ilə yazmaq klaviaturada yazmaqdan daha yavaş olduğu üçün insana fikirlərini daha şüurlu şəkildə formalaşdırmağa imkan verir. Bu isə yaradıcı və tənqidi düşüncəni stimullaşdıra bilər.
 

Araşdırmalar əl yazısının yaddaşa da müsbət təsir göstərə biləcəyini ortaya qoyub. Hərfləri yazarkən əlin və barmaqların müxtəlif hərəkətlər etməsi beynin bir neçə bölgəsini işə salır. Bu prosesin yeni məlumatların mənimsənilməsi və yaddaşın formalaşmasında rol oynadığı qeyd olunur.


36 universitet tələbəsinin iştirakı ilə aparılan araşdırmada əl ilə qeyd aparanların bəzi anlayışları daha yaxşı qavradığı müəyyən edilib. Mütəxəssislər bunun qeydlərin səhifədə yerləşdirilməsi və məkan təfəkküründən istifadə ilə əlaqəli ola biləcəyini bildirirlər.

Əl yazısının başqa bir xüsusiyyəti isə onun daha ritmik və sakitləşdirici olmasıdır. 2014-cü ildə aparılan kiçik araşdırmada kaligrafiya ilə məşğul olmağın stressi azaltmağa və ürək döyüntüsünü aşağı salmağa kömək edə biləcəyi müəyyənləşdirilib.

Mütəxəssislər rəqəmsal həyatın fonunda vaxtaşırı əl ilə yazmağa çalışmağı tövsiyə edirlər. Bunun üçün çantada kiçik dəftər və qələm saxlamaq, gündəlik qeydləri bəzən telefon əvəzinə kağız üzərində aparmaq kifayətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin