Avarçəkənlər Olimpiadada timsahlarla yarışacaqlar

Hazırda oxunan: Avarçəkənlər Olimpiadada timsahlarla yarışacaqlar

637550

2032-ci il Olimpiya Oyunlarında avarçəkmə və kanoe-kayak yarışları Avstraliyanın Rokhempton şəhərindəki Fitsroy çayında – timsahların məskunlaşdığı su hövzəsində keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə "BILD" nəşri məlumat yayıb.
 

Bildirilib ki, Kvinslend rəsmiləri məkanın müstəqil texniki yoxlamadan uğurla keçdiyini və təsdiqləndiyini elan ediblər.


"Bu, artıq rəsmiləşib – sənədlər imzalanıb, möhürlənib və məsələ həllini tapıb", – deyə ştatın Baş naziri Devid Krisafulli bildirib.
 
Fitsroy çayının seçilməsi hələ 2025-ci ildə mübahisələrə səbəb olmuşdu. Olimpiya çempionu Dryu Qinn də daxil olmaqla 500-dən çox avarçəkən çayın axın sürəti, daşqın təhlükəsi və digər xüsusiyyətlərini əsas gətirərək yarışların başqa yerə keçirilməsini tələb etmişdi.
 

Səlahiyyətli qurumlar artıq zəruri infrastrukturun layihələndirilməsinə başlayacaqlar. Planlara əsasən, səkkiz zolaqdan ibarət iki kilometrlik bir trasın tikintisi nəzərdə tutulur.


İlkin qiymətləndirmələr göstərir ki, çayın genişləndirilməsinə və ya dərinləşdirilməsinə ehtiyac olmayacaq.

Kvinslenddə artıq iri və ya təhlükəli davranış nümayiş etdirən heyvanların ərazidən uzaqlaşdırılmasını nəzərdə tutan timsahların idarə olunması proqramı mövcuddur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin