Kürdəxanıda qəzalı vəziyyətdə olan Soltan Əli məscidi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Kürdəxanıda qəzalı vəziyyətdə olan Soltan Əli məscidi ilə bağlı RƏSMİ AÇIQLAMA

633978

"Tarixi abidələrin müvafiq siyahısına daxil edilən Kürdəxanı qəsəbəsində yerləşən Soltan Əli məscidində mərhələli şəkildə bərpa və konservasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulur".

Bizim.Media xəbər verir ki, bu barədə “apa.az”ın sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, XIX əsrə aid Soltan Əli məscidi yerli əhəmiyyətli tarix-memarlıq abidəsidir: 
 

"Hazırda qəzalı vəziyyətdə olan məscidin bərpası üçün dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulan layihələrin siyahısına daxil edilib. Məscidin bərpası investisiya layihələrinin icrası çərçivəsində planlaşdırılır".


Qeyd edək ki, yerli sakinlər sosial şəbəkələrdə məscidin qəzalı vəziyyətdə olması ilə bağlı narazılıqlarının paylaşıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin