Əli Əsədov Oljas Bektenovu TƏBRİK ETDİ

Hazırda oxunan: Əli Əsədov Oljas Bektenovu TƏBRİK ETDİ

633982

Avqustun 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Oljas Bektenova Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, məktubda qeyd olunub ki, Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı yüksək səviyyəsi ortaq tarix, mənəvi və mədəni dəyərlərlə sıx bağlı olan iki ölkənin qardaş xalqlarının iradəsini əks etdirir.
 

Qarşılıqlı etimad və dəstəyə əsaslanan siyasi dialoqun, ticarət-iqtisadi, investisiya, nəqliyyat, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın ardıcıl şəkildə genişlənməsinin Azərbaycan-Qazaxıstan tərəfdaşlığının strateji xarakterini əyani şəkildə nümayiş etdirdiyi vurğulanıb.


Azərbaycan və Qazaxıstan dövlət başçılarının rəhbərliyi altında iki ölkə arasında strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənəcəyinə və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşəcəyinə əminlik ifadə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin