Bu məktəbin bütün məzunları universitetə QƏBUL OLDU

Hazırda oxunan: Bu məktəbin bütün məzunları universitetə QƏBUL OLDU

633286

Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbinin bütün məzunları ali təhsil müəssisələrinə qəbul olub.

Bizim.Media xəbər verir ki, bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, tətbiq olunan yeni model üzrə ilk məzunların qəbul nəticələrinə əsasən, məktəbi bitirən 124 nəfər ali təhsil müəssisələrinə qəbul olunub:

Xüsusilə diqqətçəkən məqam isə məktəbin 6 sinfində 100 faizlik nəticənin qeydə alınmasıdır. Belə ki, həmin siniflərdə təhsil alan bütün məzunlar ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıblar.

Əldə olunan nəticələr yeni təmayül tədris modelinin ilk tətbiq olunduğu məktəblərdən birində şagirdlərin ali təhsilə hazırlığının gücləndirilməsi baxımından müsbət nəticə verdiyini göstərir.

Yeni təmayül tədris modelinin əsas məqsədi şagirdlərin maraq və meyillərinə uyğun istiqamətlər üzrə daha məqsədyönlü və səmərəli təhsil almasına şərait yaratmaq, onların seçdikləri ixtisas istiqamətləri üzrə bilik və bacarıqlarını inkişaf etdirmək və ali təhsilə hazırlığını gücləndirməkdir.

Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbinin ilk məzunlarının nəticələri yeni modelin tətbiqinin ilkin göstəricilərindən biri kimi diqqət çəkir.

Qarşıdakı illərdə modelin tətbiq olunduğu digər məktəblərdə də nəticələrin izlənilməsi və tədris prosesinin əldə olunan göstəricilər əsasında təkmilləşdirilməsi nəzərdə tutulub”, - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin