Tanımadığı şəxsi qonaq apardı – Az qala mənzilindən olacaqdı... – DETALLAR

Hazırda oxunan: Tanımadığı şəxsi qonaq apardı – Az qala mənzilindən olacaqdı... – DETALLAR

633300

Rusiyanın paytaxtı Moskvada küçədə qarşılaşdığı tanımadığı şəxsi gecələmək üçün evinə 58 yaşlı kişi evinə dəvət edən kişi zorakılığa məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya DİN-in Moskva şəhəri üzrə Baş İdarəsi məlumat yayıb.

Hadisə Tekstilşiki rayonunda baş verib. Moskva sakini pulunu və sənədlərini itirdiyini bildirən 39 yaşlı şəxslə qarşılaşıb. Ev sahibinin ona rəhmi gəlib və yeni tanışını gecələmək üçün evinə qonaq aparıb.
 

Lakin gecə düşəndə qonaq bıçaq çıxararaq ev sahibini hədələməyə, daha sonra isə döyməyə başlayıb. Cinayətkar kişinin boynundakı iki qızıl boyunbağını çıxarıb, ondan mənzilin sənədlərini verməyi və pul gətirməsi üçün dostuna mesaj yazmağı tələb edib.


Ev sahibi özünü itirməyərək gizlicə polis çağırmağı bacarıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxsi saxlayıblar. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsi (Quldurluq) ilə cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxs həbs edilib, onu 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin