Tərtərdə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Bərdə-Ağdam yolunun Tərtər rayonunun Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ-2107” markalı avtomobil iki piyadanı vurub.
Ağdam rayonunun Güllücə kənd sakinləri, 1972-ci il təvəllüdlü Qədimova Mahirə Qərib qızı hadisə yerində, 1984-cü il təvəllüdlü Zeynalova Cəmilə Cəlil qızı isə xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media



































































































