Nigar Rüstəmliyə yüksək vəzifə verildi

Hazırda oxunan: Nigar Rüstəmliyə yüksək vəzifə verildi

626746

Nigar Rüstəmli Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Layihələrin idarəedilməsi şöbəsinin müdiri təyin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Nigar Rüstəmli sosial şəbəkə hesabında məlumat verib. 

“Bəzi dəyişikliklər davam edən yolun növbəti mərhələsidir.

TƏBİB-də Korporativ əməkdaşlıq istiqaməti ilə yanaşı, son bir ilə yaxın müddətdə təşkilatın strateji planının hazırlanması, tədbirlər planlarının formalaşdırılması, onların icrasının monitorinqi və hesabatlılığı, eləcə də strateji, rəqəmsal və sosial layihələrin koordinasiyası gündəlik fəaliyyətimin əsas hissəsini təşkil edib.

Bu gündən etibarən həmin istiqamətdə fəaliyyətimi Layihələrin İdarəedilməsi şöbəsinin rəhbəri kimi davam etdirəcəyəm”, - deyə o qeyd edib.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin