15 oktyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş zamanı, Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti və son dövrlərdə ikitərəfli əlaqələrdə baş verən proseslər müzakirə olunub.
Görüşdə həmçinin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitinin nəticələri, habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşünə dair mətbuat məlumatı //t.co/Lx3kkzRfp4 //t.co/PcChTNJJaD
— MFA Azerbaijan (@AzerbaijanMFA) October 15, 2026
Bizim.Media






























































































