"Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsimdə 38651 namizədin ərizəsi qəbul edilib".
Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
"2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi 3–10 iyun tarixlərini əhatə edib. Bu müddət ərzində 46505 müraciət daxil olub, 40574 namizəd ərizəsini təsdiqləyib və 38651 namizədin ərizəsi qəbul edilib".
Qeyd edilib ki, qanunvericiliyə uyğun olaraq 9857 namizəd iştirak haqqının ödənilməsindən azad edilib:
"28794 namizəd üçün isə 6–9 iyul tarixlərində ödəniş sistemi aktiv olub. Ödəniş prosesi bu gün saat 15:00-da yekunlaşması gözlənilir".
Xatırladaq ki, bu il ilk dəfə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən müəllimlərin işə qəbulu müsabiqəsi ödənişli əsaslarla təşkil edilir. Bununla yanaşı, ilk dəfə iştirak edən namizədlər, şəhid ailələrinin üzvləri, müharibə veteranları, əlilliyi olan şəxslər və ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri ödənişdən azad olunublar. Bu məlumatlar aidiyyəti dövlət informasiya sistemləri vasitəsilə avtomatik yoxlanılıb.
Namizədlərin ödəniş prosesini rahat həyata keçirmələri üçün video təlimat hazırlanaraq rəsmi sosial media hesablarımızda paylaşılmış, eyni zamanda proses boyunca zəruri texniki və informasiya dəstəyi göstərilib.
Hazırkı statistikaya əsasən, ödəniş etməli olan namizədlərdən 21050 şəxs artıq iştirak haqqını ödəyərək müsabiqədə iştirakını təsdiqləyib.
Artıq hazırlıq mərhələsi yekunlaşmaq üzrədir. 14 iyuldan etibarən müəllimlərin işə qəbulu üzrə test imtahanlarına start veriləcək. Bu həftə ərzində isə namizədlərin şəxsi kabinetlərinə imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumat göndəriləcək".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:35 / 09.07.2026
MİQ imtahanlarının vaxtı AÇIQLANDI
Hazırda oxunan: MİQ imtahanlarının vaxtı AÇIQLANDI
Hazırda oxunan: MİQ imtahanlarının vaxtı AÇIQLANDI
624248
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































