Oğuzda AĞIR QƏZA – Yeddi nəfər xəsarət aldı – VİDEO

Hazırda oxunan: Oğuzda AĞIR QƏZA – Yeddi nəfər xəsarət aldı – VİDEO

632965

Oğuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.

"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində maşında olan yeddi nəfər xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlar sürücü 37 yaşlı Aybəniz Sadıqova, sərnişinlər - 66 yaşlı Mirvari Balammədova, Arzu Əliyev (65), Ramiz Balammədov (71), Nərmin (13), Nərgiz (10) və Nuran (2) Sadıqovalardır.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin