Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 2 hektar sahədə kol-kos və taxta tullantıları yanıb.
Ətraf ərazilər, o cümlədən ağaclıq sahə yanğından mühafizə olunub.
***14:22
Paytaxtın Nizami rayonu ərazisində quru otluq sahədə yanğın hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:37 / 03.07.2026
Bakıda açıq sahədə yanğın – YENİLƏNİB/VİDEO
Hazırda oxunan: Bakıda açıq sahədə yanğın – YENİLƏNİB/VİDEO
Hazırda oxunan: Bakıda açıq sahədə yanğın – YENİLƏNİB/VİDEO
623067
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































