Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Baytev Mehman Həsən oğlu yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəstəxanaya çatdırılan M.Baytevə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. (Report.az)
Bizim.Media






























































































