Qəbələdə avtomobil iki piyadanı vurdu - Ölən və xəsarət alan var - FOTO

Hazırda oxunan: Qəbələdə avtomobil iki piyadanı vurdu - Ölən və xəsarət alan var - FOTO

620522

Qəbələ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtomobilin iki piyadanı vurması nəticəsində onlardan biri hadisə yerində dünyasını dəyişib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən iki piyadanı vurub.

Nəticədə piyadalardan biri aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə keçinib. Digər şəxs isə Təcili Tibbi Yardım briqadasının köməyi ilə dərhal Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər xəsarət alan şəxsin vəziyyətini orta-ağır qiymətləndirirlər, xəstəxanada müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin