Bakıya 20 milyonluq xalçalar gətirildi - Video

Hazırda oxunan: Bakıya 20 milyonluq xalçalar gətirildi - Video

61865
Bakıda ilk dəfə olaraq İran istehsal və ixracat sərgisi işinə başlayıb. Sərgidən diqqət mərkəzində olan məqamlardan biri İran ipək xalçalarının nümayişi olub. Sərgilənən xalçaların ümumi dəyərinin 20 milyon olduğu deyilir.
 
ANS-in məlumatına görə, “Bakı Ekspo Mərkəzi”x9dndə keçirilən I İran istehsal və ixracat sərgisində bu ölkənin 50-dən artıq şirkət və qurumu iştirak edir. İndiyədək Bakıda sərgilənmiş İran mallarından - fars ornamentli suvenirlər, təmizləyici vasitələr və zinət əşyalarından fərqli olaraq bu dəfəki sərgidə İran istehsalı avtomobillər, məişət texnikası və dünya şöhrətli Təbriz xalçalarının nümayişi həyata keçirilir.
 
Bu gün sərgidə ən diqqət cəlb edən bölmə də Təbriz xalçalarının sərgiləndiyi hissə idi. “Bakı Ekspo Mərkəzi”x9dndə nümayiş olunmaq üçün Təbrizdən Bakıya 650-dən çox xalça gətirilib. Onların aralarında yaşı 120-dən çox olan antik xalılarla və toxunması 14 il çəkən müasir xalçalara rast gəlmək olar. Bu xalçaların əsas özəlliyi onların təmiz ipək saplardan və yalnız əllə toxunmasındadır.
 
Hazırda “Bakı Ekspo Mərkəzi”x9dndə mümüyiş olunan xalçalar arasında dəyəri 6 milyon ABŞ dollar civarında olan xalça da var.
 
İran xalçalarını bütün dünyada tanıdan Təbrizli tacir Əhəd Əzimzadə Bakı Xalçaçılıq müzeyində də olub. Muzey dünyada xalça imperatoru kimi tanınan Əzimzadənin o qədər xoşuna gəlib ki, tacir muzeyə 70-dən çox yaşı olan bu xalçanı hədiyyə etmək istəyir.
 
Sərgi çərçivəsində Bakıya gətirilən xalçaların qiyməti təxminən 20 milyon ABŞ dolları civarındadır. Və onların nümayişi noyabrın 20-dək davam edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin