Sərsəng Su Anbarı 96 min hektardan çox əkin sahəsinin suvarılmasına xidmət edəcək - FOTO

Hazırda oxunan: Sərsəng Su Anbarı 96 min hektardan çox əkin sahəsinin suvarılmasına xidmət edəcək - FOTO

616942

Ağdərə rayonu ərazisində yerləşən Sərsəng Su Anbarı Azərbaycanın ən iri su təsərrüfatı obyektlərindən biridir.

1976-cı ildə istifadəyə verilən anbarın ümumi həcmi 560 milyon kubmetr təşkil edir. Normal dolma səviyyəsində anbarın uzunluğu 11,76 kilometr, eni 2 kilometr, maksimal dərinliyi isə 103 metrdir.

Sərsəng Su Anbarının bəndinin hündürlüyü 125 metr, uzunluğu 555,1 metrdir. Anbarın üzərində ümumi gücü 50 meqavat olan Su Elektrik Stansiyası fəaliyyət göstərir. Burada hər biri 25 meqavat gücündə iki turbin quraşdırılıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Bizim.Media-ya bildirilib ki, su anbarı vasitəsilə Ağdərə, Tərtər, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarında ümumilikdə 96 min 217 hektar əkin sahəsinin suvarılması nəzərdə tutulur.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev Sərsəng Su Anbarının layihələndirilməsi, tikintisi və istifadəyə verilməsi proseslərində yaxından iştirak edib.





Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin