Xarici turistlərin sevimli dağ bələdçisi vəfat etdi - FOTO

Hazırda oxunan: Xarici turistlərin sevimli dağ bələdçisi vəfat etdi - FOTO

608185

Qusarın Ləzə kəndində yaşayan, gələn ay 55 yaşı tamam olacaq Mövlud Əzizovun qəfil vəfatı xəbəri təkcə yaxınlarını və ailə üzvlərini deyil, bütün kənd sakinlərini, onu tanıyan yerli və xarici turistləri də kədərləndirib.

Bizim.Media xəbər verir ki, mərhumun qardaşı Xalid Əzizov bildirib ki, Mövlud Əzizov şimal bölgəsində tanınmış dağ bələdçisi olub.

“Bütün keçilməz dağ yollarını, zirvələri gözüyumulu tanıyırdı. Qusara, Şahdağa gələn əcnəbi qonaqlar dərhal Mövludu axtarır, dağ yollarına və zirvələrə onunla qalxırdılar”, - deyə o qeyd edib.

Xalid Əzizovun sözlərinə görə, Mövlud Əzizov Şahdağ Turizm Mərkəzində də bələdçi işləyib.

Bildirilib ki, onun oğlu Elbrus da hazırda Şahdağda xizək müəllimi işləyir və Azərbaycan Xizək Federasiyasının üzvüdür. O, atasının yolunu davam etdirir.
 

Qeyd edək ki, Mövlud Əzizovun dağ bələdçisi kimi adı xarici turistlər üçün ingilis dilində nəşr olunan “Lonely Planet” kitabında da yer alıb.


Mərhumun qəfil ölüm səbəbi hələlik məlum deyil. Mövlud Əzizov Bakıya aparılarkən yolda dünyasını dəyişib.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin