Fətullah Gülənə bağlılıq bəhanəsiylə fəaliyyəti dayandırılan özəl türk litseylərində oxuyan şagirdlərin əlacsız qalmış valideynlərinin 2 gün öncə Milli Məclis qarşısnda keçirdikləri aksiya, daha doğrusu, kömək üçün deputatlara üz tutmaları cəmiyyətdə ciddi rezonansa səbəb oldu. Etirazçıları sakitləşdirmək istəyən deputat Fəzail Ağamalının "mənim də 4 nəvəm həmin məktəblərdə oxuyurdu və mən də hələ bilmirəm neynəyim" açıqlaması isə ölkə mediasının manşetlərinə daşındı.
Səhərisi gün tanınmış təhsil eksperti, professor Şahlar Əsgərovun Moderator.az-a müsahibəsində yenə də özəl türk litesyləri haqqında yüksək fikir bildirilməsi və onların bağlanmasından təəssüf ifadə olunması da manşetləri bəzədi.
Moderator.az keçmiş təhsil naziri Firudin Cəılilovun da mövqeyini öyrənmək istəyib və qısa arayışdan-Fəzail Ağamalı və Şahlar Əsgərovun mövqeyini xatırlatdıqdan sonra ona aşağıdakı məzmunda sual ünvanlayıb:
"Bəs siz çıxılmaz durumda qalan valideynlərə nə məsləhət görərdiniz? Onlar bundan sonra övladlarını hansı məktəbdə oxutdursunlar ki, tariximizi, milli-mənəvi dəyərlərimizi mənimsəyə bilmiş layiqli vətəndaş ola bilsinlər?"
Qocaman pedqoqun cavabı isə qısa və kəskin olub:
"Atatürkü lənətləyən bir zehniyət "tariximizi, milli dəyərlərimizi" öyrədir?"



































































































