“Polis idarələrində nəzarət altında saxlanılan və təqsirləndirilən şəxslərin istintaqı müvəqqəti olaraq dayandırılıb”. Bu barədə Moderator.az saytını özəl mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, buna səbəb prezident seçkiləri ilə əlaqədar olaraq təqsirləndirilən şəxslərin təcridxanalara geri çağırılmasıdır: “Oktyabrın 4-dən etibarən polis idarələrində istintaq araşdırmaları üçün saxlanılan bütün təqsirləndirilən şəxslər Penitensiar Xidmət tərəfindən geri çağırılıb. Buna səbəb yaxınlaşmaqda olan prezident seçkiləri və təqsirləndirilən şəxslərin Penitensiar Xidmətə məxsus təcridxanalarda səs verməsi zərurətidir. Polis idarələrindəki daxili təcridxanalarda zəruri istintaq araşdırmaları aparmaq üçün saxlanılan şəxslərin geri çağırılması istintaq işlərinin tam olaraq dayanmasına səbəb olub. Penitensiar Xidmət tərəfindən geri çağırılan şəxslərin yalnız oktyabrın 11-dən sonra polis idarələrinə gətirməsi mümkün olacaq”.




































































































