Şair Musa Yaqub bir müddət səhhətindəki problemlərdən əziyyət çəksə də, indi sağlıq durumunda irəliləyiş var, özünü yaxşı hiss edir.xa0
Görəsən, son dövrlər nasaz olan şair yeni şeirlər yazıbmı?
Musa Yaquba tez-tez baş çəkən şair Baba Vəziroğlu Moderator.az-a açıqlamasında bildirdi ki, o, indi də balaca kitabçasında kiçik qeydlərini edir:

“İki-üç gün olar Musa Yaqubun yanından gəlmişəm, indi səhhəti əvvəlkinə baxanda yaxşıdı. O elə də aktiv olmasa da görürəm ki, beyni düşünür və fikri uzaqlardadı, dodağının altında isə nəsə pıçıldayır. Bilirəm ki, həmin məqamlarda o, bizimlə deyil, amma yazıb-yazmamasıyla bağlı bir şey soruşmamışam. Hiss edirəm ki, bizim düşündüyümüz və baxdığımız şeylər haqqında düşünmür, o, başqa bir aləmdədir.xa0
Musa Yaqub daha çox mən dediyim məqamlardadı. Artıq 82 yaşı olan bir şair daha çox mənəviyyat və ruh aləmi ilə, İlahi məkanla bağlıdır, nəinki günahkar torpaqla və torpağın üstündə yaşayan günahkar insanlarla. Özünün balaca kitabçası var və görürsən ki, hərdən orda qeydlər edib döşəyinin altına qoyur”.xa0
Vasifxa0 Əlihüseyn




































































































