"Dünyada təhsil dilini ingiliscə edərək xarici dili öyrətmə üsulu deyə bir üsul yoxdur!”

Hazırda oxunan: "Dünyada təhsil dilini ingiliscə edərək xarici dili öyrətmə üsulu deyə bir üsul yoxdur!”

234216
Oqtay Sinanoğlu (1935-2015) ABŞ-ın Yell Unuversitetinin tarixində ən gənc (26 yaşında) professor olmuşdur. O, Fizika, Kimya, Biologiya və Riyaziyyat sahələrində adını dünyaya eşitdirmiş və təsadüfi deyildir ki, ona “Türk Eynşteyni” deyirlər.

Professor Oqtay Sinanoğlunun “Mühacir Hamamı” kitabından təhsillə bağlı maraqlı fikirlər yer alıb:

“Türkiyədə 1953-cü ilə qədər orta/lisey təhsili, dünyadakı bir neçə ən yaxşı təhsil sistemlərindən biri idi. Türkcə aldığım təhsillə ABŞ-ın ən yaxşı universitetlərində üç sinif irəli çıxdım. Yenişəhər Liseyində (daha sonra Ted kolleci adlandırılmışdır) məzun olduqdan sonra ingiliscə təhsilə keçildi. Bizim məktəbdən başlayaraq bu işə tapşırıq alan “Mr. Browning” İngiltərə Kraliçasından 20 il sonra medal aldı. O vaxt heç kim “Kraliça niyə Türkiyədəki bir ingiliscə müəlliminə medal verir” deyə soruşmadı. Bir keşiş gəlib Türk məktəbində dərs desə bilərsiniz ki, o keşiş və missionerdir. Təmkininizi qoruyar, keşişin təsirinə düşməyiniz çətin olar. Ancaq eyni məktəbdə millətimizdən biri gəlib missionerlik etsə daha təsirli, dərin hiylə olar. Osmanlının son dövründə qurulmuş missioner məktəbləri fəsad yuvaları olmuşdu. Beşinci kolon olaraq düşmənlə iş görürdülər. Məktəblər silah anbarı olaraq istifadə olunurdu. Atatürk bunları bildiyi üçün bu məktəbləri bağlasa da bir neçəsi qaldı. Lozanda belə məktəblər bağlana bilmədi. Bir neçə dənə qalan bu məktəblərdə atılmış pis toxumlar vaxt keçdikcə böyüyərək bir xəstəlik kimi Türkiyəyə yayıldı. Halbuki Atatürkün ən əsas prinsipi təhsilin milli olması idi ki, bu da təhsilin hər sahəsinin türkcə olması deməkdir...xa0

Hər getdiyim ölkənin dilini öyrənməyə çalışdım. Hətta Yaponiyada yaponca elmi mühazirələr də verdim. Amma təhsilin başqa bir dildə olması tamam qorxulu bir hadisədir. Alman universiteti Alman dilində, Yapon universiteti isə Yapon dilində təhsil verir. Dünyada təhsil dilini ingiliscə edərək xarici dili öyrətmə üsulu deyə bir üsul yoxdur!”

Etibar Əliyev, təhsil eksperti
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin