Ziya Məmmədovun adamları nazirlikdən uzaqlaşdırıldı - müavinlər ixtisara düşdülər

Hazırda oxunan: Ziya Məmmədovun adamları nazirlikdən uzaqlaşdırıldı - müavinlər ixtisara düşdülər

209304
Xəbər verdiyimiz ki, prezident İlham Əliyev 12 yanvar 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturunu təsdiq edib.

Moderator.az xa0unikal.org-a istinadən xəbər verir ki, prezidentin təsdiq etdiyi struktur sənədində keçmiş nəqliyyat nazirinin müavinləri Arif Əsgərov və Musa Pənahov sözügedən sənəddə yer almayıblar. Onlar nazir müavini vəzifələrindən azad olunublar.

Qeyd edək ki, prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadəyə hələlik nəqliyyat üzrə müavin təyin etməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin