"Bunların adlarının qarşısında Eşşək və ya Yabı sözləri yazılsın..." - TƏKLİF

Hazırda oxunan: "Bunların adlarının qarşısında Eşşək və ya Yabı sözləri yazılsın..." - TƏKLİF

173819
Xəbər verdiyimiz kimi,xa0Cəlilabad xa0rayonunun Maşlıq kəndində qanunsuz at kəsimi və at əti tədarükü ilə məşğul olanlar aşkar edilib.

Moderator.az xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Fazil Mustafa ilginc təklif verib:

"Cəlilabad rayonu Maşlıq kənd sakini Abbasov Saqif Tərlan oğluna məxsus fermada at və eşşək ətlərinin kəsilərək Bakıdakı ictimai iaşə yerlərini təhvil verilməsi faktı aşkarlanıb. Yəqin ki, Cinayət Məcəlləsinə görə adam barədə lazımı tədbirlər görüləcək. Ancaq bu adam və ya bunun kimilərlə əlbir olan şəbəkənin qanunsuz və ləyaqətsiz işlərinə görə hansısa cəzanın faydası olacaqmı? Aşkara çıxarılmayann çox adamlar var ki, insanlarımıza mənşəyi məlum olan və ya olmayan zərərli ət məhsullarını yedirtməklə külli miqdarda gəlir əldə edirlər. Həbs olunanların bir qismi də əvvəlki cinayətkar əməllərini davam etdirirlər. Bəlkə bu cür əməllərlə məşğul olan şəxslərin gələcəkdə cəmiyyət tərəfindən hər dəfə tanıdılması üçün rəsmi sənədlərində dəyişiklik edərək adlarının qarşısında Eşşək və ya Yabı sözlərinin yazılması daha doğru olardı?xa0

Məsələn yuxarıdakı şəxsin rəsmi sənədində, yəni şəxsiyyət vəsiqəsində Eşşək Saqif və ya Yabı Saqif sözünün yazılmasının nəyi pisdir ki?..Bilirəm, hüquqi addım deyil, ancaq bəlkə bu kimilərin hər yerdə adlarının bu cür çəkilməsi bu cür heyvani addımlardan az da olsa çəkindirməyə vəsilə ola bilər."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin