Tryudo neft konfransı zamanı jurnalistlərin bu qalmaqal barədə sorğusunu cavablandırıb
Kanadanın baş naziri Castin Tryudo bu ölknin təyyarə və qatarlar, digər nəqliyyat avadanlıqları istehsal edən qlobal “Bombardier”x9d şirkətinin İsveç nümayəndəliyinin əməkdaşının Azərbaycan vəzifəliləri ilə korrupsiya sövdələşməsinə görə həbs edilməsinə şərh verib.
Moderator.az virtualaz.org-a istinadən verdiyi məlumata görə, baş nazir Kanada şirkətlərinin işlədikləri xarici ölkələrdə “qanunlara və etik standartlara əməl etməli olduğunu”x9d bildirib.
Xəbər verildiyi kimi “Bombardier”x9d şirkətinin İsveç törəmə şirkətinin əməkdaşı, Rusiya vətəndaşı Yevgeni Pavlov “Azərbaycan Dəmir Yolları”x9d QSC ilə bağlanan müqavilədən cəmi 80 milyon dollar “otkat”x9d alınması işi üzrə ötən gün Stokholmda həbs edilib. Həmin “otkat”x9dın 56 milyon dolları Londonda qeydiyyatdan keçmiş “Multiserv Overseas”x9d şirkəti üzərindən Azərbaycan məmurlarına ötürülüb. Həmin müqavilə Azərbaycan dəmir yollarının Bakı-Böyük Kəsik hissəsinin siqnalizasiya avadanlıqları ilə təchiz edilməsini nəzərdə tuturdu və 2013-cü ildə bağlanmışdı. O dövrdə “Azərbaycan Dəmir Yolları”x9d QSC Nəqliyyat Nazirliyinin tərkibində idi.

“Assosiated xa0Press”x9d bildirir ki, baş nazir Tryudo ABŞ-ın Hyuston şəhərində keçirilən ümumdünya neft konfransı zamanı jurnalistlərin bu qalmaqal barədə sorğusunu cavablandırıb. “Kanada hökuməti gözləyir ki, Kanada şirkətləri və kanadalılar xaricdə işləyərkən ən yüksək etik və hüquqi standartlara əməl edəcəklər”x9d-baş nazir bildirib.
Castin Tryudo deyib ki, İsveçdəki qalmaqal Kanada hökumətinin “Bombardier”x9d şirkətinə 372 milyon dollar kreditin ayrılmasına dair ötən ay irəli sürdüyü təklifə təsir etməyəcək. Çünki bunlar bir-birindən tamamilə ayrı məsələlərdir.

































































































