"Bu sualın cavabını Məhkəmə Hüquq Şürası tapmalıdır..."

Hazırda oxunan: "Bu sualın cavabını Məhkəmə Hüquq Şürası tapmalıdır..."

170011
Bu hakimlərə diqqətlə baxın, tanıyın və unutmayın. Həm də onlardan ehtiyatlı olun.
Onlardan biri -1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi Məmmədova Şərafət Asif qızıdır.
İkincisi - Tağızadə Mirzə Nəsib oğludur.

Məhz belə hakimlərin qanunsuz qərarları nəticəsində vətəndaşlar öz Prezidentindən, dövlətindən və indiki hakimiyyətdən narazı qalır və nə qədər acı olsa da, dövlətinə inamını itirməklə yanaşı bu hakimiyyəti qınayır.

Şərafət Məmmədova birinci qrup əlil borclu Sədaqət Nuriyevanın yeganə yaşayış yeri olan mənzilini hərraca çıxaran Nəsimi rayon icra şöbəsinin rəisi Nazim Məmmədovun qərarından verilmiş şikayəti mümkün saymır (yəni vətəndaş belə bir iddia qaldıra biməz), Mirzə Tağızadə də notariat orqanı kimi həmin qərarı təsdiqləyir.

Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə" 05 iyun 2002-ci il tarixli qərarının 1-ci bəndinə əsasən, xa0“fiziki şəxs barəsində icra sənədi icra olunarkən, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir”x9d.

Şərafət Məmmədova ona görə iddianı mümkün hesab etmir ki,... İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsində göstərilən əsaslarla yox, şəxsi istəyi ilə belə hesab edir. xa0Şərafət Məmmədova işi qəsdlə uzatmaqla və vaxtında “müvəqqəti xarakterli təminat tədbirləri”x9dni görməməklə həmin qanunsuz xa0qərarın icrasına şərait yaratdıqdan sonra, “icra başa çatıb”x9d bəhanəsilə, iddianı mümkün hesab etmir. Halbuki, qərarın icrasının bitməsi iddianı mümkün saymamaq üçün əsas ola bilməz. Çünki icra edilmiş qərarlar barədə maraqlı şəxsin İPM-nin 36-cı maddəsinə (müəyyən etmə və ya tanınma haqqında iddia) əsasən, xa0“36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər.

36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər....”x9d

Hakim Şərafət Məmmədova və Mirzə Tağızadə bu maddədən, görünür, xəbərdar deyillər. Başları elə qarışıqdır ki, Məcəlləni oxuya bilmirlər. Qanunda “artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını tələb etmək hüququ”x9d ola-ola, vətəndaşın iddiasını məhz bu əsasla mümkün saymamaq iki şeydən xəbər verir:xa0

1. ya Şərafət Məmmədova və Mirzə Tağızadə qarşı tərəfdən rüşvət, ya da “yuxarıdan”x9d ciddi tapşırıq alıblar.xa0

2. Ya da hər ikisinin savadı kifayət deyil ki, qanunu bu şəkildə, açıqdan-açığa xa0pozaraq vətəndaşı öz dövlətindən narazı salırlar.

Təbii ki, biz birincini iddia edə bilmərik. Çünki hakimlərin rüşvət alması barədə əlimizdə heç bir fakt yoxdur. Tapşırıq barədə də bir şey deyə bimirik, çünki əlimizdə fakt yoxdur. Qalır ikinci səbəb. Savadsız olmalarını da deyə bilmərik, çünki, hakim olmaq üçün imtahan verilir və hər ikisi uzun müddətdir ki, hakimlik təcrübəsinə malikdirlər. Onda bir ciddi sual yaranır: niyə? xa0Bu sualın cavabını isə Məhkəmə Hüquq Şürası tapmalıdır. Çünki onsuz da gərgin olan sosial-siyasi vəziyyət belə hakimlərin fəaliyyəti nəticəsində daha da ağırlaşır.

Qurban Məmmədov, tanınmış hüquqşünas
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin