“Bir də gördüm ki, gəlib “Əhmədli”x9dyə çıxmışam”x9d - Fuad Poladov

Hazırda oxunan: “Bir də gördüm ki, gəlib “Əhmədli”x9dyə çıxmışam”x9d - Fuad Poladov

156898
Yolda gəzəndə, metroda gedəndə, avtobusda olanda da mən ancaq rolum haqda fikirləşirəm. Bəzi şeyləri görməməyə çalışmıram yox e, görmürəm. Çünki fikrim hazırladığım obrazın yanında olur. Yolda gedəndə də rolumun üzərində işləyirəm.
xa0
Bunu Azərbaycanın görkəmli teatr və kino aktyoru Fuad Poladov ATV-də yayımlanan “Geriyə baxanda”x9d verilişində rastlaşdığı bir məqamdan bəhs edərkən deyib:
xa0
“Ancaq elə məqamlar olub ki, diqqətimi cəlb edə bilib. Bir dəfə metroda gedirdim, iş vaxtının sonu idi, insanlar çox idi. Məsələn, düşməli idim “Gənclik”x9d stansiyasında, bir də gördüm ki, gəlib çıxmışam “Əhmədli”x9dyə. Səbəb bu idi ki, yanımda bir uşaqla bir kişi dayanmışdı. Hiss olunurdu ki, qüsurlu uşaqdır. Babasını isə mən öz təxəyyülümdə belə təsəvvür edirdim: hansısa böyük bir zavodda baş mühəndis işləyib. Nimdaş, amma çox təmiz geyinmiş bu kişinin susub nəvəsinə baxması məni apardı “Əhmədli”x9d stansiyasına. Amma o susqunluqda o qədər böyük bir monoloq var idi ki...
xa0
Qüsurlu nəvənin üzündə isə bir təbəssüm vardı. Özü də hiss olunurdu ki, onun qüsuru gözlərindədir. Sanki üzündəki təbəssüm deyirdi: “Baba, hər şey yaxşı olacaq! Mənə görə heç narahat olma”x9d.
xa0
Baba isə baxıb fikirləşirdi ki, niyə onun qüsurunu aradan qaldırmaq üçün əlindən heç nə gəlmir.
xa0
Bir kəlmə söz olmayıb. Amma onların arasında daxilən gedən və mənim də fantaziyamda yaratdığım bu dialoq məni sonuncu stansiyaya apardı".
xa0
Görkəmli aktyor Çexovun əsərlərinə marağından da danışıb.
xa0
“Çexovun bir əsəri var, arzum ya bu il, ya da gələn il onu oynamaqdır. Ona görə indi Çexovun əsərlərinə müraciət edirəm. İndi stolumun üzərində Çexovun pyesləri, əsərləridir”x9d. (Axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin