Gənc şairin babasının qatili məhkəməyə çıxarıldı

Hazırda oxunan: Gənc şairin babasının qatili məhkəməyə çıxarıldı

127735
Gənc şair Vasif Əlihüseynin babasının ölümünə səbəb olan Lənkəran sakini Bəxtiyar Ağayev məhkəmə qarşısına çıxarılıb. 

Bu barədə Moderator.az -a Vasif Əlihüseyn özü məlumat verib.

O, bildirib ki, babam Əlihüseynov Qulamhüseyn Kəlbi oğlu ötən il fevralın 21-də ağır yol qəzasına düşərək, həlak oldu. Hadisə fevralın 21-də Ələt-Astara magistralının rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində baş verib. Lənkəran şəhər sakini Vağzal küçəsi, ev 28 də yaşayan 1985-ci il təvəllüdlü Ağayev Bəxtiyar Balaş oğlunun “Opel”x9d markalı, 99 EL 192 dövlət nömrə nişanlı minik avtomobili, babam 1935-ci il təvəllüdlü Qulamhüseyn Kəlbi oğlu Əlihüseynovun idarə etdiyi “VAZ-2107”x9d markalı, 44 BL 357 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində babam dünyasını dəyişib.

Bizim başımız dəfn mərasiminə qarışdığı bir vaxtda, Bəxtiyar Ağayev istintaqa yanlış ifadə verərək, onun bir günahının olmadığını bildirmişdir. Araşdırma zamanı qəzaya Bəxtiyar Ağayevin səbəb olduğu sübuta yeririldikdə isə o, ölkədən qaçdı.

Gənc şair bildirib ki, Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciətindən sonra B.Ağayev Dağıstan Respublikasının Xasayyurd rayonunda həbs edilərək Azərbaycana gətirliib. Hal ”“ hazırda Cəlilabad rayon məhkəməsində işə baxılır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin