Banklar borcluları qoyub zaminlərə niyə zəng edir?

Hazırda oxunan: Banklar borcluları qoyub zaminlərə niyə zəng edir?

127627

Moderator.az-a daxil olan məlumata görə, son günlər bank özbaşınalığının yeni forması təzahür edib.

Belə ki, bəzi banklar ödənişi hətta bircə gün belə olsun gecikən vətəndaşlarla bağlı onların özünə deyil, həmin vətəndaşa zamin duran şəxslərə zəng edərək onlardan gecikdirilən pulun ödənilməsini tələb edir. xa0Zaminlər isə əsas borc sahibi ilə əlaqə saxladıqda bəlli olur ki, ödənişin gecikməsi ilə bağlı bankdan onlara hər hansı formada xəbərdarlıq, məlumat daxil olmayıb. Başqa sözlə desək, banklar əsas borc sahibini qoyaraq birbaşa onlara zamin duran şəxslərə zəng edirlər ki, bu da borclunu həm də zaminlər qarşısında çətin vəziyyətdə qoyur.

Məsələ ilə bağlı redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə, bankların borclu ilə əlaqə yaratmadan bilavasitə zaminlərə üz tutmasına səbəb borclu ilə zaminləri üz-üzə qoymaq, borclunu zaminlərin təzyiqi ilə ödəniş etməyə vadar etməkdir. Belə ki, bankdan borc götürən hər bir vətəndaşa ona inanan, etibar edən yaxın çevrəsinə məxsus adamlar zamin durur ki, borcun gecikməsi fonunda banklardan zaminlərə edilən zənglər yaxın münasibətə malik bu şəxslər arasında narazılığa, bəzi hallarda isə ciddi gərginliyə səbəb olur. Odur ki, bəzi banklar qanun və əxlaqla bir araya sığmayan bu addıma əl atır, borclu ilə təmasa keçmədən zaminlərə zəng edərək pulu onlardan tələb edirlər.

Hazırda məlum tendensiyanın sürətlə yayıldığına diqqət çəkən mənbə hesab edir ki, bankların bu addımı müştərilərin hüquqlarını pozmaqla yanaşı, sadə vətəndaşlar arasında arzuedilməz olaylar üçün də əsas yaradır.

xa0

Seymur Əliyev

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin