“Mən vaxtında bu işin xeyrindən çox zərəri olacağını demişdim”x9d

Hazırda oxunan: “Mən vaxtında bu işin xeyrindən çox zərəri olacağını demişdim”x9d

125873
Uşaq bağçalarını icra hakimiyyətinin balansından çıxararaq yenidən Təhsil Nazirliyinin tabeçiliynə qaytarmaqla nə dəyişəcək ki? Bu, yumurta, yoxsa toyuq qabaq yaranıb sualına cavab axtarmağa oxşamayacaq ki?


Tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərov Moderator.az əməkdaşının bu qeyri-adi sualına aşağıdakı cavabı verib:

"Əlbəttdə siftə yumurta, sonra toyuq yaranıb. İkincisi də: Təhsilin ilk pilləsinin bir neçə il öncə yerli icra hakimiyyətlərinə verilməsi xoş niyyətlə edilsə də təcrübə göstərdi ki, məqsədinə qulluq etmədi. Heç də uşaqların intellektual, fiziki və psixoloji inkişafı lazımı səviyəyə yüksəlmədi. Ombudsman hörmətli Elmira xanımın 2015-ci il üzrə hesabatında da bu məsələyə aydın toxunulub. Mən də vaxtında bu işin xeyrindən çox zərəri olacağını Moderator.az - a demişdim. Məhz mənim iradım idarəetmə ilə bağlı idi. Bağça tipli müəsisələrin Təhsil Nazirliyindən alınması, artıq bu nazirliyin parçalanması demək idi. Müasir terminlərlə desək, Təhsil Nazirliyi sadə sistemdən mürəkkəb sistem halına keçirildi. Mürəkkəb sistemlər nəzəriyyəsinə görə belə olanda həm idarəetmə çətinləşir, həm də xa0ağılagəlməz xa0hadisələr müşahidə oluna bilər və olundu da. Tərbiyəçi müəllimlərin TN sistemindən çıxması, qeyri - peşəkarların bu işə cəlb olunmasıni misal kimi göstərmək olar. Bağça tipli müəssisələlərin TN qayıtması xəbərini günün xoş xəbəri kimi qarşılayıram. İcra hakimiyyəti ən yaxşı halda uşaqları əylənməsini, TN xa0isə uğaqların düşüncəsin artmasını ön plana çəkər".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin