"Vahid qəbiristanlıq qaydaları ilə bağlı qanun layihəsi hazırlanır" -Millət vəkili

Hazırda oxunan: "Vahid qəbiristanlıq qaydaları ilə bağlı qanun layihəsi hazırlanır" -Millət vəkili

111435
Azərbaycanda vahid qəbiristanlıq qaydalarının tətbiqi ilə bağlı qanun layihəsi üzərində iş aparılır. Moderator.az saytı xəbər verir ki, bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.  

S.Novruzov bildirib ki, bununla bağlı ayrı-ayrı ölkələrin təcrübəsi öyrənilir: “Orta Asiya ölkələrində, Avropa ölkələrində də belə təcrübə var. Hazırda bu təcrübələri öyrənirik, məsləhətləşmələr aparırıq”x9d.  

O, qeyd edib ki, qanun lahiyəsində qəbirlərin ölçüləri, forması ilə bağlı bir sıra məsələlər nəzərdə tutulur: “Qanunun tətbiqindən sonra kimliyindən, varlı və ya kasıb olmasından asılı olmayaraq, hər kəsin qəbri eyni olacaq. Dəbdəbəli qəbir daşlarının qoyulmasına yol verilməyəcək”x9d.  

Komitə sədri əlavə edib ki, qəbiristanlıqlara nəzarət funksiyasının bələdiyyələrə verilməsi nəzərdə tutulur.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin