Akif Çovdarov anadan cinayətkar doğulan biri deyil...

Hazırda oxunan: Akif Çovdarov anadan cinayətkar doğulan biri deyil...

109123
Tanınmış hüquqşünas Qurban Məmmədov bir neçə gündür ki, MTN olayları ətrafında yaranmış durumla bağlı fikirlərini, xüsusən də bu gün Hacı Məmmədovdan betər "xoxan" kimi cəmiyyətdə ad çıxaran MTN generalı Akif Çovdarovla 2011 - ci ildəki ilginc söhbəti barədə yazaraq saytımıza göndərir. 

İndi isə o, Moderator.az - a mövzunun davamını yazıb göndərib...

Yazının əvvəlini bu linkdən oxumaq olar---moderator.az/news/108655.html


...Yazmışdım ki, “yalnız ofisdə başqalarının da dediklərindən başa düşdüm ki, həqiqətən də biz çox böyük bəladan xilas olmuşuq. Sən demə, yüzlərlə  başqa iş adamının başına gətirilənlərdən məndən başqa çoxlarının xəbəri var imiş. Elə şeylər danışdılar ki, dəhşətə gəldim.
Ancaq bizə qarşı o deyilənlər baş vermədi.
Səbəbini siz dəyərli oxucular üçün növbəti yazımda izah edəcəyəm.”x9d

...Akif Çovdarovun bizə qarşı sərgilədiyi münasibətin səbəbləri ilə buyurun tanış olun.

Təbii ki, o bunu mənə görə, mənə olan hörmətindən dolayı, məndən qorxduğuna görə etmədi.
Mən kiməm ki? 
Vəzifəm, rəsmi səlahiyyətim, ona rəsmi təsir imkanlarım və onunla şəxsi tanışlığım yoxdur ki, bütün bunlara görə etsin. Müxalifətçi olduğumu və bu rejimin şəxsən mənə olan münasibətini də, mənim sözümlə ona heç kimin irad belə bildirməyəcəyini də yaxşı bilir.

İndi bizə məlum olan əməlləri göstərir ki, məndən qorxmağa da əsası olmayıb. 
O kimdən qorxub ki? 
Qorxu yeri və hissi olsaydı, bütün bu baş verənləri törətməzdi ki!
Bir də bu ölkədə orta səviyyəli məmur belə, cəzasız qalacağına tam əmin ola-ola, heç kimdən, heç bir instansiyadan və vəzifəli şəxsdən çəkinmədən, qorxmadan min bir qanunsuzluq törədə bilirsə, Akif Çovdarov kimi yüksək vəzifəli şəxs,  “dövlət tağşırıqları”x9dnı yerinə yetirən bir məmur məndən qorxardımı? Qətiyyən! 
O və onun kimilər dövlətin verdiyi rəsmi status və səlahiyyətlər zirehində heç kimdən, heç nədən və heç haralardan qorxmazlar, çəkinməzlər.
 Heç ALLAH(c.c)dan da. 
Onlar təkcə axirətə inansaydılar, haqq-hesab gününün mütləqiyini qəbul etsəydilər, bu əməlləri törətməzdilər ki.
Bəs səbəb nə idi?

Ölkəmizdə hüquqi savadsızlıq və hüquqi nihilizmin dərin kök saldığını, adamların qanuna, məhkəmələrə, hüquq - mühafizə orqanlarına və deməli həm də öz gələcəklərinə ümidlərini itirdiyini, apolitik, laqeyd və  ətrafında baş verən,  bir gün onun və ailə üzvlərinin də maraqlarına toxunacaq hadisələrə “bitərəf münasibət”x9din dərin kök saldığını nəzərə alaraq, burada Akif Çovdarovla aramızda baş verən “anlaşmanın”x9d əsl səbəbini sizlərə ətraflı izah etməyə çalışacağam. 

 Bu izahdan sonra siz özünüz də tam əmin olacaqsınız ki, Akif Çovdarov iddia olunduğu və göstərilməyə çalışıldığı qədər də qorxunc, vahiməli, qanunları saymayan, anadan cinayətkar doğulan biri deyil, əksinə, yeri gələndə qanunlara hörmət edən birisidir. Həm də təkcə o yox! Bütün cinayətkar məmurlarımız: hakimlərimiz, prokurorlarımız, polislərimiz, nazirlərimiz, özümüz, mən, sən, o, biz, siz və onlar”¦
 Elə Eldar Mahmudov özü də.
Xatırlayırsınızmı 2011-cil ilin fevralını? “Ərəb baharı”x9dndan sonra Azərbaycan məhkəmələrində, xüsusilə də, xalq arasında “Kupça idarəsi”x9d adlanan DƏDRX-də yaranmış vəziyyət. Hakimlər rüşvət almağı dayandırıb, hətta həmin dövrdə icraatlarında olan işlərə görə aldıqları rüşvətləri geri qaytardılar. DƏDRX-də “Forma-1”x9d və başqa arayışlar öz dövlət qiymətinə verilməyə başlandı və vətəndaşlardan rüşvət tələb edilməsi qəfil dayandırıldı. 
O xoşbəxt günləri xatırlayırsınızmı?  İnsanların necə hisslər keçirdiyini, rüşvətsiz bir ölkədə yaşamaq xoşbəxtliyinidən necə məst olduqları, necə rahat nəfəs aldıqları, gələcəyə ümidləndikləri yadınızdadırmı? Bəzi müxalifətçilər hətta bundan peşman olmuşdular. Çünki hakimiyyətə qarşı çox ciddi bir arqumentləri əllərindən alınmışdı.
O vaxt hakimlər açıq şəkildə deyirdilər ki, onlara tapşırılıb ki, altı ayadək bir təhər dözsünlər (!!!), almasınlar, aldıqlarını qaytarsınlar. Əhalini incitməsinlər. Şəxsən mənim bildiyim bir neçə işdə məhz belə də oldu. Adamlardan alınan rüşvətlər dərhal özlərinə qaytarıldı. Ancaq o işlərə baxılmadı. Müxtəlif bəhanələrlə işlərə baxılması uzadıldı. Məhkəmə iclasları təxirə salındı. 
Təbii ki, söhbət “pullu işlər”x9ddən gedir. Bəlli “pullu işlər”x9d. heç bir mədəni ölkədə bu ifadəyə rast gələ bilməzsiniz. Bu ifadə yalnız bizim hakimlərin, polislərin və prokurorların leksikonundadır.
6 ay  dözə bilmədilər. Cəmisi 3 aydan sonra yenə başladılar. Ancaq bu dəfə “boşdayanmalar”x9dın (sovetlər vaxtında buna “xolstoy”x9d deyilirdi) da haqqını aldılar. Düz 50 faiz artırdılar rüşvəti.
Bunu sübut etmək üçün, sadəcə, həmin vaxtlarda icraatda olan cinayət və mülki işlərin məhkəmələrdə baxılması müddətlərini, iclasların təxirə salınmasının obyektiv səbəblərdən asılı olub-olmamasını araşdırmaq kifayətdir. Özlərini “korrupsiya mübarizləri”x9d kimi göstərənlər, həqiqətən də bunu istəyirlərsə, mənim iştirakımla bir komissiya yaratsınlar, mən onlara bütün bu deyilənləri konkret cinayət işləri üzrə sübut edim.
O vaxt DƏDRX-in Sumqayıt ərazi idarəsində şahidi olduğum bir hadisə isə bəzi məmurların hansı əxlaq sahibi olduğunun, rüşvət və korrupsiyanın necə dərin kök saldığının, necə qorxunc boyutlara çatdığının  bariz göstəricisi idi.
Adamlar DƏDRX-də rüşvət alınmadığını eşidib o vaxtlar sel kimi idarəyə axışırdı. Binanın ikinci mərtəbəsində bir məmurla yanaşı durub çölə baxırdım.  Adamlar bir-birinin üstünə minirdi, səs-küydən qulaq tutulur, basabasdan nəfəsləri kəsilir, bar-bar bağırırdılar.
 Birdən yanımda duran məmur öz-özünə danışmağa başladı: “ay  oğraşlar, eşidiblər ki “Forma-1”x9d müftə verilir, xidmət pulsuz olub, gör necə axışıblar. Siz öləsiz, canınız çıxacaq bu basabasda, dəyyuslar.”x9d 
Mən eşitdiklərimə inanmadım. Niyə basabas düşdüyünü, adamlara tez-tez xidmət etməmələrinin səbəbini soruşdum. “Kompüterdən adi bir çıxarışın verilməsi niyə bu qədər vaxt aparmalıdır ki?”x9d””deyə, maraqlananda, eşitdiklərimdən şoka düşdüm.
“Göstəriş vermişəm ki, gündə 70-80 nəfər buraxılsın. Canları çıxsın, dəftərdə siyahı tuturlar, növbə yazırlar. Qoy gözləsinlər. Qurumsaqlar, pulsuz bilib lazım oldu-olmadı “Forma-1”x9d almağa cumublar. Gör necə qarğa-quzğun kimi hay-küy salırlar. Ay siz öləsiz..”x9d. Arxasınca elə bir küçə söyüşü eşitdim ki, burada ifadə etmək belə mümkün deyil. Mən dönüb söyüşünü onun özünə qaytardım və bildirdim ki, sırada duranlar arasında mənim qohumlarım da var,  nə haqla o belə danışır?! 
Bu adam sanki birdən-birə ayıldı, nə sayıqladığını anladı və: “bağışlayın, Qurban müəllim, biz də plan veririk axı, dədəmizə yığmırıq ki, bəzi fondlar elə bilirsiz göydən maliyyələşir? Adamların fürsətcilliyi məni əsəbləşdirir,”x9d””dedi və dönüb sürətli addımlarla uzaqlaşdı.

Bu hadisələr iki reallığı dəqiq göstərir:
 
1. Problem nə qədər dərindir. Mənəvi pozğunluğumuzun hədləri nə qədər genişdir.

2. Ali siyasi iradə problemin aradan qaldırılmasında müstəsna rola malikdir. Istəsələr, Gürcüstanda olduğu kimi, hörmətli prezident M. Saakaşvili etdiyi kimi, bir həftə içində rüşvətin, korrupsiyanın, monopoliyanın kökünü 70-80 faiz inzibati tədbirlərlə, yuxarıdan göstərişlərlə, qalan 20-30 faizini isə hüquq-mühaifə orqanlarının əlilə kəsərlər.

Ancaq bu baş vermir? Niyə?

Bu iki sualın: “Akif Çovdarovun bizə münasibətinin səbəbi nə idi?”x9d və “Niyə bu baş vermir”x9d suallarına cavab tapmaq üçün səbr etməyiniz lazım gələcək...

Ardı var...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin