Cənub bölgəsinin ən ucaboylu sakini ”“ FOTO

Hazırda oxunan: Cənub bölgəsinin ən ucaboylu sakini ”“ FOTO

107850
Onun geydiyi ayaqqabının ölçüsü 49-dur.

Cənub bölgəsinin ən ucaboylu sakini Cəlilabad rayonundadır. Rayonun Babaxanlı kəndində yaşayan 37 yaşlı Şahlar Quliyevin boyunun uzunluğu 2 metr 5 santimetr, geydiyi ayaqqabının ölçüsü 49-dur.

Moderator.az CTV-yə (Region TV) istinadən xəbər verir ki, o, kiçik tutumlu avtomobilə belə sığmır.xa0

Deyir ki, 14 yaşından etibarən boyu sürətlə artmağa başlayıb və bir neçə il ərzində isə xa0boyunun uzunluğuna görə rayonun ən ucaboy sakini olub.

Şahlar Quliyevin bədən ölçülərinə uyğun bazarlarda paltar tapılmadığı üçün o, geyim və ayaqqabı kimi xa0ləvazimatları sifarişlə tikdirməyə məcbur olur. Çəkisi 120 kiloqram olan Şahlar Quliyevin bədən ölçüləri normadan böyük olsa da, heç də çoxlu yemək yeməyə o qədər də meylli deyil.

Bir neçə il əvvələ kimi xa0peşəkar boksla məşğul olan Şahlar uzun müddət özəl şirkətlərdə mühafizəçi kimi də çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin