Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət etdi – FOTO
Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər.
Bizim.Media xəbər verir ki, səhiyyə naziri Teymur Musayev Birinci vitse-prezident Mehriban Əliyevaya İnstitutun fəaliyyəti barədə məlumat verdi.
Qeyd olundu ki, Elmi-Tədqiqat Pediatriya İnstitutu bir əsrdən çoxdur uşaqların sağlamlığının qorunması kimi mühüm və nəcib işə xidmət edir.
Hazırda elmi-metodik mərkəz kimi fəaliyyət göstərən bu tibb müəssisəsi 1925-ci ildə 200 çarpayılıq uşaq xəstəxanasının bazasında təşkil olunub, 1927-ci ildə yenidən ...