Ardan Zentürk: “Azərbaycanda hicab qadağası yox, millilik tətbiq edilib” - VİDEO
“Azərbaycanda başörtüsü qadağan edilməyib. Bunu hər kəs bilməli və bilərək davranmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu türkiyəli tanınmış jurnalist və siyasi şərhçi Ardan Zentürk Azərbaycanla Türkiyə arasında son günlər başörtüsü məsələsi ətrafında aparılan müzakirələrə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda məktəblərdə vahid məktəbli forması tətbiq olunub:
“Bununla bağlı baş nazir Əli Əsədovun imzası ilə verilən qərarda başörtüsü və ya hicab ifadəsi belə yoxdur. Sumqayıtdakı 6 nömrəli tam orta məktəbdə başörtülü qız şagirdlərin məktəbə buraxılmamasından sonra valideynlərin reaksiyası olub və ertəsi gün həmin məktəbdə başörtüsü ilə...