Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Hazırda oxunan: Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

640279

Braziliyada ümumi seçkilərin birinci turu keçiriləcək.

Bizim.Media xəbər verir ki,  səsvermənin nəticələrinə əsasən, yalnız növbəti dörd il üçün ölkənin gələcək prezidenti deyil, həmçinin ştatların və Federal Dairənin qubernatorları müəyyənləşəcək, Deputatlar Palatasının tərkibi tam yenilənəcək, Federal Senatın isə tərkibinin üçdə biri dəyişəcək. Bundan əlavə, regional qanunverici məclislərə deputatlar seçiləcək.

Braziliyada prezident, qubernatorlar və senatorlar majoritar sistem üzrə, federal və regional deputatlar isə proporsional sistem üzrə seçilirlər. İcra hakimiyyəti orqanlarında vəzifələrə namizədlərdən heç biri birinci turda səslərin mütləq çoxluğunu toplaya bilməsə, oktyabrın 25-də seçkilərin ikinci turu keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin