Prezident "Xankəndi" hotelinin açılışını etdi - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də "Xankəndi" hotelinin açılışında iştirak edib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına "Xankəndi" Mehmanxana Kompleksinə aid "Xankəndi" hotelində yaradılmış şərait haqqında məlumat verdi.
Bildirildi ki, dördmərtəbəli hotel binasında qonaqların rahat qalması üçün hərtərəfli şərait yaradılıb. Burada ümumilikdə 101 otaq var.
Otaqlardan 92-si "deluxe", 4-ü "superior", 3-ü "deluxe suite" və 2-si isə "executive suite" kateqoriyalarına aiddir. Hoteldə eyni vaxtda 236 qonaq qala bilər. Burada bir sı...