Sabah 39 dərəcə isti olacaq
Avqustun 3-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq kü...