BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib
Azərbaycanın müstəqilliyini yenidən qazandıqdan bəri humanitar yardım alan ölkədən donor ölkəyə çevrilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev ECOSOC-un Humanitar İşlər Seqmentinin ümumi müzakirələrində səsləndirdiyi bəyanatda vurğulayıb.
Bəyanatın mətni daimi nümayəndəliyin "X" sosial media hesabında paylaşılıb.
T. Musayev Azərbaycanın BMT Humanitar İşlərin Əlaqələndirilməsi Ofisi (OCHA ilə əməkdaşlığı və dövlət qurumları tərəfindən göstərilən ikitərəfli yardımları vasitəsilə qlobal humanitar səylərə fəal töhfə verdiyini qeyd edib.
Eyni zamanda, o, Azərbaycanın öz ərazisindəki keçmiş münaqişənin dağıdıcı təsirin...