Məktəb direktoru olmaq istəyənlərin DİQQƏTİNƏ
Bu gündən etibarən direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, müsahibə mərhələsində iyunun 29-dan iyulun 8-dək keçirilmiş ərizə qəbulu prosesində iştirak edən namizədlər iştirak edəcəklər.
Müsahibələr ilkin olaraq şagird sayı 500-dək olan ümumi təhsil müəssisələri üzrə şəhər və regional təhsil idarələri tərəfindən təşkil olunacaq.
Qeyd edilib ki, namizədlərin müsahibəyə dəvəti müsabiqə qaydalarına uyğun olaraq ardıcıllıq əsasında, vakant vəzifə üzrə uyğun namizəd müəyyən edilənədək həyata keçiriləcək.
Namizədlər liderlik və strateji idarəetmə, pedaqoji ...